“HƏMRƏY FƏALİYYƏT: YENİ VƏ ƏDALƏTLİ DÜNYA ÜÇÜN QLOBAL CƏNUB QHT-LƏRİNİN GÜCLƏNDİRİLMƏSİ” FORUMU PANEL İCLASLARLA DAVAM EDİR

Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq forum öz işini aktual mövzulara həsr olunmuş panel iclaslarla davam etdirir.

Forum çərçivəsində “Qlobal Cənubun yüksəlişi: Bandung ruhu və suveren gələcək uğrunda mübarizə”, “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” və “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzularında panel müzakirələri təşkil olunub.

Bu müzakirələrdə əsas diqqət Qlobal Cənub ölkələrinin səsinin beynəlxalq arenada daha çox eşidilməsinə, qeyri-hökumət təşkilatlarının ədalətli və davamlı inkişaf proseslərindəki roluna, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, Forumda dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.