GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5  mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-İran münasibətlərinin inkişafı

Mövzunun İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri fonunda şərhi.

2. Qlobal Cənub QHT Platformasının təsis edilməsi

Bakıda dünya əhalisinin təxminən 80 faizə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransının Azərbaycanın növbəti uğuru, bunun ölkəmizin Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürü olması kontekstində mövzunun şərhi.

3. Yaşıl enerjinin inkişafı sayəsində Azərbaycanın daha böyük həcmdə təbii qaz ixracına hazırlaşması.

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bu xüsusda səsləndirdiyi fikirlər əsasında mövzunun şərhi.

4. Niderland parlamentinin qondarma “erməni soyqırımı”nın tanınması təşəbbüsünün bu ölkənin hökuməti tərəfindən rədd edilməsi

Azərbaycan, Ermənistan və Türkiyə arasında normallaşma prosesinə mane olmaq istəmədiyini bəyan edən Niderland hökumətinin bu yanaşması fonunda erməni diasporunun qordarma “soyqırımı”nın tanınması ilə apardığı təbliğatın puça çıxmasına dair şərhlər.

5. Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsində müştərək layihələr icra etmələri

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin bu mövzuda açıqlamaları, strateji müttəfiq ölkələrimizin gələcəkdə dünya silah bazarında mühüm mövqeyə nail olacaqları ilə bağlı təhlillər.