AZƏRBAYCAN HƏRBÇİLƏRİ “KURTARAN-2025” TƏLİMLƏRİNDƏ İŞTİRAK EDƏCƏK

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.

Təlimlər zamanı həmçinin “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.

Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.