HƏRBİ QULLUQÇUMUZ NATO MÜDAFİƏ KOLLECİNİN REGİONAL ƏMƏKDAŞLIQ KURSUNU UĞURLA BAŞA VURUB

Aprelin 24-də İtaliyanın paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecinin növbəti buraxılışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Elnur Xudayəttinov 33-cü NRCC Nato Regional Əməkdaşlıq Kursundan müvəffəqiyyətlə məzun olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Roma şəhərində yerləşən NATO Müdafiə Kolleci ilə artıq uzun illərdir əməkdaşlıq edir. Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının bariz göstəricisidir. Həmin kollecdən məzun olan zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.