
Aprelin 24-də Xınalıq stansiyasından 22 kilometr cənub-şərqdə – İsmayıllı rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 14:12-də qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 5 kilometr olub.