GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Çin münasibətlərinin inkişafı

Prezident İlham Əliyev Çinə səfəri, keçirilən görüşlər və imzalanan sənədlər kontekstində mövzunun şərhi.

2. Cənubi Qafqazın inkişafı naminə üçtərəfli formatda əməkdaşlıq

Gürcüstan, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında keçirilən Tbilisi görüşü, Gürcüstanın XİN başçısı Maka Boçorişvilinin verdiyi yeni açıqlamalar fonunda mövzunun şərhi.

3. Azərbaycan-Vyetnam əlaqələri.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında aparılan siyasi məsləhətləşmələr, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri, keçirdiyi görüşlər əsasında mövzunun şərhi.

4. Londonda ABŞ, Avropa və Ukrayna arasında aparılacaq danışıqlara dair.

Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda planlaşdırılan danışıqların mümkün nəticələrinə dair rəylər.

5. Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 6-cı iclası.

Ölkəmizdə əvfetmə institutunun cəzanın tərbiyəvi təsirləri, humanizm prinsiplərinin bərqərar olması baxımından əhəmiyyətinə dair şərh.