GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş

Mövzunun bu formatda ilk görüşün baş tutması, üç Cənubi Qafqaz ölkəsi arasında əməkdaşlıq münasibətlərinin qurulması yönündə ilk addım ola biləcəyi fonunda şərhi.

2. Azərbaycan- Slovakiya hərbi əməkdaşlığı

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyaya səfəri fonunda iki ölkə arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişafı kontekstində mövzunun şərhi.

3. Fransanın Cənubi Qafqazda möhkəmlənmək üçün Avropa İttifaqının Ermənistandakı missiyasından istifadə etməyə çalışması

Fransanın Avropa İttifaqının Ermənistandakı missiyasından istifadə etməyə çalışmaqla Cənubi Qafqazda möhkəmlənmək niyyəti, bunun Azərbaycanla sülh prosesinə zərər vurması, Ermənistanı geosiyasi çəkişmə məkanına çevirməsi, Rusiya Xarici İşlər Nazirliyinin bu xüsusda açıqlaması fonunda mövzunun  şərhi.

4. Ermənistan XİN rəhbəri A.Mirzoyanın birbaşa danışıqlar formatının səmərəli olması ilə bağlı etirafı

Ermənistanın Azərbaycanın irəli sürdüyü bütün konstruktiv təkliflərləri gec-tez qəbul etmək məcburiyyətində qalması, rəsmi Bakının regionda sülh gündəliyini diktə etməsi, birbaşa danışıqların nəticələrinə dair təhlillər.

5. Vaşinqton və Kiyev arasında aprelin 24-də Ukrayna mineral ehtiyatları haqqında sazişin imzalanacağına dair

Bu sazişin imzalanmasının Rusiya-Ukrayna müharibəsinə mümkün təsirləri, ABŞ-nin Kiyevə hərbi-texniki yardımları bərpa etməsi mümkünlüyü ilə bağlı şərhlər.