
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı və bunun Cənubi Qafqazın taleyini müəyyən edən əsas faktorlardan biri olması.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri fonunda iki ölkə arasında əlaqələrin inkişafı, bunun Cənubi Qafqazda proseslərin inkişaf axarını müəyyən edən əsas faktorlardan biri olması kontekstində mövzunun şərhi.
2. Müstəmləkə əsarəti altında olan ərazilərə və xalqlara Azərbaycanın dəstəyi.
BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans fonunda Azərbaycanın Müstəmləkə əsarəti altında olan ərazilərə və xalqlara dəstəyinin getdikcə artması kontekstində mövzunun şərhi.
3. Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəni Forumu.
Şuşa şəhərinin İslam ölkələrinin mədəniyyət mərkəzi statusunu əldə etməsi, qlobal tədbirlərə ev sahibliyi etməsi, keçirilən tədbir fonunda Ermənistanın İslam mədəniyyətinə qarşı barışmaz mövqedən çıxış etməsini, dini-mədəni abidələri dağıtması, İslamofob yanaşması ilə bağlı təhlillər.
4. Ermənistanda revanşistlərin fəallaşması.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Respublikaçılar Partiyasının 35 illiyinə həsr edilmiş tədbirdə çıxışının, xüsusən hakimiyyət və Qarabağ iddialarının bu ölkədə revanşistlərin yenidən fəallaşmasnın təzühürü olmasıı, prosesin Ermənistanı fəlakətə sürükləməsi, Azərbaycanla sülhü zərbə altında qoyması fonunda mövzunun şərhi.
5. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası, iki ölkə arasında əlaqələrin intensivləşməsi.
Komissiyanın iclaslarının iki ölkənin dövlət başçılarının verdikləri tapşırıqların icrasını müzakirə etmək, həmçinin Azərbaycanla Çin arasında münasibətlərin inkişafına dair perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynamasına dair şərhlər.