
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Ermənistanın sərhədə hərbi texnika daşıması və təxribatları davam etdirməsi.
Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə fəallığının artması, Hindistandan alınan hərbi texnikanın sərhədyanı rayonlara daşınmasının İrəvanın sülh prosesinə xələl gətirməsi fonunda mövzunun şərhi.
2. Fransanın kolonial siyasəti BMT-də Afrika əsilli xalqların forumunda pislənilməsi.
BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli xalqların Daimi Forumunun 4-cü sessiyasında Fransanın kolonial siyasətinin növbəti ifşası bu prosesə Azərbaycanın töhfələri fonunda mövzunun şərhi.
3. İşğaldan azad olunan ərazilərdə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq
Mövzunun Prezideni İlham Əliyevin Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonla görüşü, işğaldan azad olunmuş ərazilərə qayıdan insanların işlə təmin edilməsi sahəsində Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı ilə mümkün əməkdaşlığı kontekstində şərhi.
4. Rəsmi Parisin regionda sülhə xidmət göstərməyən anti-Azərbaycan ritorikasını davam etdirməsi (Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun əsassız iddiaları)
Fransanın regionda sülh və etimad quruculuğuna hər zaman süni maneələr törətməsi, Ermənistanı münaqişəyə təhrik etməsi, regiondakı proseslərə kobud müdaxilə cəhdi ilə bağlı yazılar.
5. ABŞ Prezidenti Donald Trampın İranın nüvə obyektlərinin bombalanması mümkünlüyü barədə açıqlaması
ABŞ-İran münasibətlərinin yenidən gərginləşməsi, Azərbaycanın problemin yalnız sivil, diplomatik yolla həllində maraqlı olması, regionda platsdarm rolundan uzaq olması barədə təhlillər.