MÖVQELƏRİMİZ BASARKEÇƏR VƏ GORUS İSTİQAMƏTLƏRİNDƏN ATƏŞƏ TUTULUB

Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.