ƏHMƏD ƏL-TAYYİB PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Misirin Əl-Əzhər dini qurumunun baş imamı Əhməd Əl-Tayyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə təbriklərimi və xoş arzularımı yetirirəm.

Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza firavanlıq, xeyir-bərəkət diləyirəm. Tanrı Sizi qorusun!

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!”