AZƏRBAYCAN VƏ BRİTANİYA HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN SESSİYASINA HAZIRLIQ MÜZAKİRƏ OLUNUB

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Görüş zamanı ikitərəfli enerji əməkdaşlığının gücləndirilməsi, yaşıl enerji, hidrogen strategiyası sahəsində interkonnektor layihələrinin irəli sürülməsi və Hökumətlərarası Komissiyanın qarşıdan gələn sessiyasına hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.