
Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – deyə nazirlik bildirib.