ÖTƏN AY ONLAYN MEDİADA DÖVLƏT PAYI OLAN ŞİRKƏTLƏRİN FƏALİYYƏTİ İLƏ BAĞLI 4662 MƏQALƏ DƏRC OLUNUB

Media Təhlil Mərkəzi (MTM) 2025-ci ilin fevral ayı üzrə müxtəlif qurumların fəaliyyətinin onlayn mediada işıqlandırılması barədə hesabat hazırlayıb.

Hesabata əsasən, mart ayında onlayn mətbuatın ən çox yer ayırdığı dövlət payı olan şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olub. Mart ayında SOCAR-ın fəaliyyəti ilə bağlı onlayn mediada dərc edilən xəbərlərin sayı fevral ayına nisbətən 440 vahid azalaraq 1596-ya bərabər olsa da, şirkət siyahıda lider olaraq qalır.

İkinci sırada 781 məqalə ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL),  üçüncü sırada isə 694 yazı ilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qərarlaşıb.

TOP 5-in digər pillələrini “Azərişıq” ASC (371) və “Bakı Metropoliteni” QSC (310) bölüşüb.

Qeyd edək ki, mart ayında onlayn mediada dövlət payı olan şirkətlərin fəaliyyəti ilə bağlı ümumilikdə 4662 məqalə dərc edilib. Fevralda isə bu göstərici 6866-ya bərabər olub. Azalmaya səbəb kimi mart ayında qeyri-iş günlərinin çox olmasını göstərmək olar.

Əlavə məlumat üçün bildirək ki, son 4 ilin mart ayları üzrə göstəricələrin müqayisəsinə əsasən, 2024-cü ildə onlayn media dövlət payı olan şirkətlərin fəaliyyətini daha geniş işıqlandırıb. Həmin dövrdə dərc edilən yazıların sayı 5080-ə bərabər olub.