AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ KEŞİŞKƏND İSTİQAMƏTİNDƏN ATƏŞƏ TUTULUB

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.