Hazırda qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Tunelin yalnız 70 metrlik hissəsində qazma işləri tamamlanıb, digər işlər isə davam etdirilir.
Tunel Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunan 6 tuneldən biridir.
Sözügedən tunelin uzunluğu 431 metr təşkil edir. Tuneldə bir istiqamət üzrə qazma işləri tamamlanıb, əks istiqamət üzrə qazma işləri isə davam etdirilir.