ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsi (FDA) yaxın həftələrdə “Pfizer/BioNTech” vaksininin 12 yaşdan aşağı uşaqlar üçün istifadəsinə icazə verə bilər.
Bu barədə FDA-nın peyvəndlər üzrə müşaviri Ceyms Hildret deyib.
Qeyd olunur ki, uşaqların vaksinasiyası oktyabrın sonunadək başlaya bilər.
ABŞ-da ötən həftə koronavirusa yoluxma hallarının dörddə bir hssəsi uşaqların payına düşüb. Qeyd olunur ki, orta hesabla gündə 311 uşaq xəstəxanaya yerləşdirilib.