PREZİDENT İLHAM ƏLİYEV RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNƏ BAŞSAĞLIĞI VERİB

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.