RUSİYA AVİAŞİRKƏTLƏRİ BAKIYA YENİ REYSLƏR ÜÇÜN İCAZƏLƏR ALIB

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi Azərbaycana uçuşların siyahısını genişləndirib.

“Sibir” aviadaşıyıcısı həftədə yeddi dəfə Tümendən Bakıya reyslərin həyata keçirilməsi üçün icazə alıb.

Bununla yanaşı “Red Wings Airlines” həftədə bir dəfə olmaqla Saratov, Nijni Novqorod, Mineralnıye Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakının Heydər Əliyev beynəlxalq hava limanına uçuşlar həyata keçirəcək.

Eyni zamanda, “Nordwind Airlines” və “İkar” aviaşirkətlərii Volqoqraddan Bakıya həftədə yeddi dəfə uçuşlar üçün icazə alıb.