
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanın BMT qurumları ilə əməkdaşlığında gözlənilən dəyişikliklər
Mövzunun əməkdaşlıqda yeni yanaşmanın Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi kontekstində şərhi
2. Bolqarıstan enerji sektorunda Azərbaycan ilə strateji əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti
Eyni mövqedə olan Şərqi Avropa ölkələrinin sayının artması, bunun Azərbaycanın Avropanın enerji təhlükəsiziliyinin təmin edilməsində artan rolu fonunda şərh olunması
3. Ermənistanın müharibə cinayətləri
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəməsində etirafları fonunda Ermənistanın törətdiyi müharibə cinayətlərinin tam sübuta yetirilməsi kontekstində mövzunun şərhi
4. ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasına dair
Bu qərarın Ukraynanın mineral resursları üzərində nəzarəti təmin edə bilməyən ABŞ-nin rəsmi Kiyevlə münasibətlərə tamamilə fərqli yanaşması, eyni zamanda, Prezident Zelenskini atəşkəsə razı salmağa çalışması, Rusiya ilə müharibəni davam etdirilməsinin perspektivsiz hesab etməsi kontekstində şərhi.
5. İranlı ekoloqların Ermənistanın Araz sayını çirkləndirməsi ilə bağlı narahatlığı və bununla əlaqədar hökumətə müraciət etməsi.
Mövzunun təhlili zamanı Ermənistanın ekoloji cinayətlərinin artıq İranda da ciddi narazılıq doğurması, iranlı ekoloqların bununla əlaqədar hökumətə müraciət ünvanlamarı fonunda Azərbaycanın bu istiqamətdə uzun illərdir ki, davam edən narahatlığının nə qədər əsaslı olması xüsusi qeyd edilməlidir.