XƏZƏR DƏNİZİNDƏ ZƏLZƏLƏ QEYDƏ ALINIB

Martın 4-də Altıağac stansiyasından 229 km şərqdə, Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 04.03-də baş verən yeraltı təkanların maqnitudası 3.1 olub. Zəlzələ ocağı Yerin 14 kilometr dərinliyində yerləşib.