ADY KƏSKİNLƏŞƏN HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÖRÜR

Azərbaycan Dəmir Yolları QSC (ADY) yenidən kəskinləşən hava şəraiti və aramsız qar yağması ilə əlaqədar olaraq, dəmiryol stansiya, vağzal və dayanacaqlarında intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.

ADY-dən bildirilib ki, sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə platformalar, piyada keçidi və körpülər qardan təmizlənir, xüsusi örtüklü cığırlar salınır.

Sərnişinlərdən hərəkət zamanı ehtiyatlı olmaları xahiş olunur.