
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
- Azərbaycan-Afrika münasibətlərinin inkişafı
Son aylar ərzində Azərbaycana gələn Afrika liderlərinin səfərləri fonunda mövzunun şərh edilməsi;
2. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin geosiyasi hadisələrin Cənubi Qafqaz ölkələrinin kredit reytinqlərinə təsiri ilə əlaqədar hesabatı
Azərbaycanın kredit reytinqinin yüksəlməsi, bir sıra beynəlxalq maliyyə qurumlarının cari il üçün ölkəmizlə bağlı hesabatlarının nikbin olması istiqamətində təhlillərin hazırlanması;
3. Abdullah Öcalanın PKK-nı silahı yerə qoymaq çağırışının Türkiyənin terrora qarşı mübarizədə mühüm qələbəsi
PKK liderinin təşkilatın silahı yerə qoyması və buraxılması barədə müraciətinin qardaş Türkiyənin terrora qarşı mübarizədə tarixi nəticə əldə etməsi baxımından mövzunun şərhi;
4. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətinin sülhə təhdid yaratması
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının sərhədboyu aktiv fəaliyyəti müşahidə olunur. Belə fəaliyyət və missiyanın öz işini davam etdirməsinin Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması prosesinə xələl gətirməsinə, sərhəddə üçüncü qüvvə rolunda çıxış etməsinə dair mövzunun şərhi;
5. Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı əsassız bəyanatı
Bu bəyanat fonunda Ermənistanın sülh və etimad quruculuğuna xələl gətirən davranışlarını davam etdirməsi, əsassız iddialarından əl çəkməməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhdidə yol verməsi kimi məqamların şərhi edilməsi.