
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzuları aşağıdakılar ola bilər:
1. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşündə səsləndirdiyi fikirləri ilə bağlı.
Mövzunun təhlili zamanı Azərbaycanın azad edilmiş edilmiş ərazilərinin sürətli bərpası və “Böyük Qayıdış” prosesinin sürətlə reallaşdırılması məsələlərinin diqqət mərkəzində saxlanılması.
2. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri
Azərbaycan və Pakistan arasında münasibətlərin dinamik inkşafı, bunun hər iki ölkənin milli maraqları ilə yanaşı, ümumi İslam dünyasının güclənməsnə öz töhfəsini verməsi baxımından mövzunun şərhi.
3. Orta Dəhliz üzrə cari ildə yeni infrastruktur layihələrinin həyata keçirilməsi və bunun Azərbaycan üzərindən yükdaşımaların həcminə təsiri
2025-ci ildə Ələt limanında terminalın, Almatıda logistika kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Bunların Orta Dəhliz üzrə yükdaşımaların həcminə və Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin və gəlirlərinin artmasına təsririnin şərhi
4. Xocalı soyqırımının 33-cü ildönümü.
Xocalı soyqırımının törədilməsində əli olan ermənilərin hamısının gec-tez ədalət məhkəməsinə cəlb olunacağı, hazırda Azərbaycanda barələrində məhkəmə istintaqı aparılan Qarabağ separatçıları ilə bağlı prosesin bunun növbəti təsdiqi olması kontekstində mövzunun şərh edilməsi
5. Fransa müstəmləkəçiliyi əsarətində olan ərazilərdə fəaliyyət göstərən media mənsublarının ilk dəfə Azərbaycana səfəri
Mövzunun təhlili kontekstində Bakı Təşəbbüs Qrupunun Fransanın müstəmləkəçilik siyasətinin ifşası ilə əlaqədar genişmiqyaslı fəaliyyətinin, ölkəmizin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin himayədarına çevrilməsinin diqqət mərkəzində olması.