SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMALARIN APARILMASI DAHA BİR İL DAYANDIRILIB

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Sənədə əsasən, sahibkarlıq sahəsində yoxlamaların aparılması daha bir il dayandırılıb.

Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, sözügedən qərar bu ilin yanvarın 1-də başa çatmışdı.