RƏCƏB TAYYİB ƏRDOĞAN: ZƏNGƏZUR KORİDORUNUN AÇILMASI AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏKİ ÇƏTİNLİYƏ MÜSBƏT TÖHFƏ VERƏCƏK

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: “Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrərə başlayar”.

Türkiyə Prezidenti Azərbaycan-Ermənistan münasibətlərindəki çətinyin Zəngəzur koridorunun açılması ilə aşılmış olacağına ümid etdiyini qeyd edib.