PAKİSTANDA PARTLAYIŞ NƏTİCƏSİNDƏ AZI 11 NƏFƏR HƏLAK OLUB, 6 NƏFƏR YARALANIB

Pakistanın Bəlucistan əyalətində bombanın partlaması nəticəsində azı 11 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Harnay bölgəsi komissarının müavini bölgədə kömür mədənçilərini daşıyan avtomobilə bomba qoyulduğunu bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər hadisə yerinə gələrək ərazini mühasirəyə alıb, yaralananları xəstəxanaya çatdırıblar. Xilasedicilərin bildirdiyinə görə, çox sayda yaralının vəziyyəti ağırdır. Kömür mədənində çalışan işçilər mədənə doğru hərəkət edərkən şübhəli terrorçuların hədəfinə düşüblər.