AZƏRBAYCANIN YENİYETMƏ TAEKVONDOÇUSU TÜRKİYƏDƏKİ TURNİRDƏ GÜMÜŞ MEDAL QAZANIB

Azərbaycanın yeniyetmə taekvondoçusu Ülvi Məmmədov (37 kiloqram) Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gümüş medal qazanıb.

Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, finala gedən yolda 5 rəqibi üzərində qələbə qazanan idmançı həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Bu gün yarışda böyükyaşlı taekvondoçular mübarizəyə qoşulublar. Böyüklərin mübarizəsinə fevralın 12-də yekun vurulacaq. Fevralın 13-14-də isə gənclər tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, ötən gün yarışın rəsmi açılış mərasimində Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan Taekvondo Federasiyasına xatirə hədiyyəsi təqdim olunub.