XİN: AZƏRBAYCANIN LOS-ANCELESDƏKİ BAŞ KONSULLUĞU FƏALİYYƏTİNİ ÖZ BİNASINDA BİR NEÇƏ HƏFTƏ ÖNCƏ BƏRPA EDİB

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu fəaliyyətini öz binasında bir neçə həftə öncə bərpa edib.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

“Azərbaycan Los-Ancelesdəki Baş Konsulluğu fəaliyyətini öz binasında 2-3 həftə əvvəl bərpa edib”, – müvafiq suala cavabında A.Hacızadə bildirib.

Xatırladaq ki, yanvarın 7-də XİN-dən bildirilmişdi ki, 7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar Baş Konsulluğun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Buna baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edirdi.