Azərbaycan parataekvondoçuları Antalya şəhərində keçiriləcək Türkiyə Açıq beynəlxalq turnirində iştirak edəcəklər.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, ölkəmizi yarışda K44 kateqoriyasında Amin Əliyev (58 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram), Orxan Cəfərov (80 kiloqram) və Şahmar Quliyev (+80 kiloqram) təmsil edəcək.
Turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Milli komanda fevralın 8-də start götürəcək yarışa baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə çıxacaq.