İndoneziyanın Sumatra əyalətinin cənub-qərbində 6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Antara agentliyi məlumat yayıb. Zəlzələnin episentrinin ilkin olaraq 9,73 dərəcə cənub eni və 97,57 dərəcə şərq uzunluğunda, 10 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.