CEYHUN BAYRAMOV LATVİYALI HƏMKARI İLƏ İKİ ÖLKƏ ARASINDA GÜNDƏLİKDƏ DURAN MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİB

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.

Bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.