AZƏRBAYCANIN 6 BOKSÇUSU SERBİYADAKI BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏK

Fevralın 5-də Serbiyanın paytaxtı Belqradda boks üzrə beynəlxalq turnir start götürəcək.

5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Belqradda yığmanın heyətində Anaxanım İsmayılova (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Emili Rzayeva (70 kiloqram) və Aynur Rzayeva (+81 kiloqram) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan boksçular fevralın 10-da Bakıya qayıdacaqlar.