OPERATİV NƏQLİYYAT VASİTƏLƏRİNİN SİYAHISI GENİŞLƏNDİRİLİB

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Dəyişikliyə əsasən, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınmasında istifadə edilən nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.