MARİYA STADNİKƏ AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASINDA VƏZİFƏ VERİLİB

Karyerasını başa vuran Mariya Stadnik bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəcək.

AGF-nin mətbuat xidmətindən verilən məlumata görə, o, qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.

Titullu veteran idmançı zəngin təcrübəsini Azərbaycan qadın güləşinin inkişafı yolunda istifadə edəcək.