Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgün Bakıya gəldi.
Bu barədə Türkiyə Səfirliyindən məlumat verilib.
Qeyd edək ki, Birol Akgün sabah vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.
Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb.