AZƏRBAYCAN ERMƏNİSTANI İRQİ AYRI-SEÇKİLİYİN LƏĞV EDİLMƏSİ HAQQINDA KONVENSİYANI POZMASINA GÖRƏ MƏSULİYYƏTƏ CƏLB EDƏCƏK – NAZİR MÜAVİNİ

Azərbaycan Ermənistanı irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcək.

Bu barədə özünün “Twitter” səhifəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov yazıb.

E.Məmmədov bildirib: “Yaxın günlərdə biz Ermənistanı İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı 30 il ərzində azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir”.