Azərbaycan hakimləri bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarında yüksək nəticə göstəriblər.
Gimnastika Federasiyasından bildiriblər ki, iki günlük kurslarda iştirak edən Azərbaycan hakimlərindən 14-ü fərqlənib.
Həm fərdi, həm qrup hərəkətləri proqramı üzrə Vəfa Bəkərova 2-ci, Züleyxa İsmayılova, Ləman Hacızadə, Elnarə Hüseynova, Aysel Həsənova, Kamil Quliyev, Nəzrin Cəfərzadə və Nigar Musazadə 3-cü kateqoriyaya yiyələniblər.
Fərdi proqram üzrə Gülsüm Əsədova, Ayna Məmmədova, Nəzirəxanım Fərədova 3-cü, Aleksandra Reyş 2-ci kateqoriyaya layiq görülüb. Qrup hərəkətləri proqramında isə Aleksandra Reyş, Səbinə Hacıyeva 3-cü, Ayna Məmmədova, Nəzirəxanım Fərədova və Siyasət Əmiraslanova 4-cü kateqoriyanı əldə ediblər.