AZƏRBAYCAN XİN HOTELDƏKİ YANĞINLA BAĞLI TÜRKİYƏYƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Bu barədə Nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir.

“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, – deyə məlumatda bildirilir.