ERMƏNİSTANIN TƏHLÜKƏSİZLİK XİDMƏTİ GORUS-QAFAN YOLUNU İRAN YÜK MAŞINLARI ÜÇÜN BAĞLAYIB

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunu İran yük maşınlarının hərəkəti üçün bağlayıb.

Erməni KİV-lərinin məlumatına görə, Gorus şəhərinin çıxışında onlarla yük maşını yığılıb.

Ermənistan hüquq-mühafizə orqanları onları Qafana buraxmır.

Qeyd olunur ki, yük maşınlarının sürücüləri Azərbaycan tərəfinə rüsum ödəmək imkanına malikdir. Sürücülər rüsum tələbi ilə əlaqədar yolun bir hissəsini bağlayacaqları ilə hədələr edirlər.

Xatırladaq ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirir. Bu yolun bir hissəsi Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisindən keçir.