AZƏRBAYCAN ORDUSUNUN BAŞ QƏRARGAH RƏİSİ BRÜSSELDƏ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən Alyansın üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iclasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir sıra görüşlər keçirib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Lusiano Portolano və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Qabor Böröndi ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın carı vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Görüşlərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə də iştirak edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Brüsseldə bir sıra görüşlər keçirib (FOTO)