SURİYADAKI YENİ HÖKUMƏTİN YÜKSƏKSƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYƏTİ SABAH TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsad Həsən Şeybaninin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti yanvarın 15-də Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlayıb.

Səfər çərçivəsində Türkiyənin xarici işlər və milli müdafiə nazirləri Hakan Fidan və Yaşar Güler, eləcə də Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalının suriyalı həmkarları ilə görüşləri nəzərdə tutulur.