TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCANA SƏFİR TƏYİNATINI TƏSDİQLƏYİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə səfir təyinatını təsdiqləyib.

Müvafiq qərar şənbə günü, yanvarın 11-də qüvvəyə minib və Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.

Türkiyə liderinin qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub.

Bundan başqa, Türkiyənin daha beş ölkədə – Almaniya, İordaniya, BƏƏ, Mozambik və Kubadakı diplomatik nümayəndəliklərinin rəhbərləri dəyişib.