BU GÜNDƏN XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU ÜZRƏ MÜSAHİBƏ MƏRHƏLƏSİ BAŞLANIR

Sentyabrın 16-dan xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Müsahibələr bu gün və sabah S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil ediləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələrə 80 namizəd dəvət edilib. Müsahibə zamanı namizədlərin biliyi və metodiki hazırlığını, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunacaq. Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.