BU İL YENİ DƏRSLİKLƏR İSTİFADƏYƏ VERİLƏCƏK

Təhsil İnstitutu tərəfindən artıq bir neçə ildir ki, ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat fənni üzrə yeni dərsliklər hazırlanır.

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O qeyd edib ki, I və II sinif dərslikləri artıq pilot layihələrdən keçib və bu il kütləvi istifadəyə veriləcək:

“III və IV sinif dərsliklər isə bu il pilot layihədə istifadə olunacaq və 2 il sonra kütləvi istifadəyə veriləcək. Bu il ilk dəfə olaraq V siniflərdə Təbiət dərsliyi 132 məktəbdə bir il müddətində pilot şəkildə tədris olunacaq. Yeni dərslik dərslərin tamamilə bacarıq, tədqiqat istiqamətində keçirilməsinə əsaslanır. Dərsliyin gələcəkdə VI siniflərdə də tədrisi nəzərdə tutulur. VII sinifdən isə Təbiət fənləri kimya biologiya və fizika fənləri olaraq ayrılacaq”.