Çili hökuməti oktyabrın 1-dən etibarən koronavirus əleyhinə vaksin olunan turistlər üçün sərhədləri açmağı planlaşdırır.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunur ki, Çiliyə gələn turistlər vaksin olunduqlarını təsdiq edən sertifikatı xüsusi portala yerləşdirməli və yoxlama prosesini gözləməlidir. Ölkəyə daxil olan turist 5 günlük karantinə alınacaq.
Bir müddət əvvəl Tailand hökuməti də oktyabrın 15-dən başlayaraq koronavirusa qarşı peyvəndlənmiş xarici turistləri qəbul etməyə hazır olduğunu bildirmişdi.