FRANSA PREZİDENTİ BÖYÜK SAHARADA İŞİD LİDERİNİN MƏHV EDİLDİYİNİ AÇIQLADI

Fransa prezidenti Emmanuel Makron ölkə hərbçiləri tərəfindən Sahel bölgəsindəki İŞİD terror təşkilatının liderini məhv etdiyini elan edib.

Bu barədə Fransa prezidenti öz “Twitter” səhifəsində yazıb.

E.Makron qeyd edib: “Böyük Saharada “İslam Dövləti” terror qruplaşmasının lideri Adnan Əbu Valid əl-Sahraui Fransa qoşunları tərəfindən zərərsizləşdirilib. Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur”.