MUSTAFA ŞENTOP BAKININ AZAD EDİLMƏSİNİN 103-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏBRİK MESAJI YAYIB

Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edib.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Twitter” hesabındakı paylaşımında deyib.

M.Şentop bildirib: “Türkiyə-Azərbaycan qardaşlığının nışanı olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuru Paşa olmaqla, bütün əziz şəhidlərimizi rəhmətlə yad edirik”.