SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ VƏLİƏHDİ PREZİDENT İLHAM ƏLİYEVƏ BAŞSAĞLIĞI VERİB

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım.

Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm”.