Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərində yeni avtomobil körpüsü inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən qısa müddət ərzində tikintisi aparılan bir aşırımlı yeni körpünün uzunluğu 35 metr, eni 10 metr təşkil edir.
Qeyd edək ki, yağan intensiv yağışların yaratdığı güclü sel suları nəticəsində körpü qəzalı vəziyyətə düşüb, dayaqları zədələnib.
İstifadəyə verilən yeni körpü 6 min nəfərə yaxın əhalinin rahat gediş-gəlişinə, yolla bağlı yaranmış problemlərin həllinə şərait yaradıb.